Türkiyə Suriyanın şimalında terror təşkilatına qarşı ikiqat əməliyyat keçirib

18 Sentyabr 2022 16:52

Türkiyə Milli Kəşfiyyat Təşkilatı PKK/YPG-nin Fərat bölgəsi zabiti adlandırılan "Rojhat Karakoçan" kod adlı Mehmet Gürbüzü və yanındakı terrorçunu SİHA-nın Suriyanın şimalındakı Ayn İsa bölgəsində keçirdiyi əməliyyatla zərərsizləşdirib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, Milli Kəşfiyyat Təşkilatının sahə agentlərindən alınan məlumat çərçivəsində sentyabrın 16-da terrorçu Gürbüzə qarşı əməliyyat keçirilib.

Gürbüz və mühafizəçisi Suriyanın şimalındakı Ayn İsada SİHA əməliyyatı ilə onu zərərsizləşdirib.

Milli.Az