Van Dammın oğlu şəhidlərimizi ANDI - FOTO

19 Sentyabr 2022 01:14

Xəbər verdiyimiz kimi, sentyabrın 13-də Ermənistanın Azərbaycana qarşı törətdiyi təxribatlara bir çox məşhurlar ölkəmizə dəstəyini bildirib.

Milli.Az Bizim.Media-ya istinadən xəbər verir ki, həmin məşhurlar sırasına Hollivud ulduzu Jan Kloud Van Dammın oğlu Kristofer də qatılıb.

Kristofer sosial şəbəkə hesabında Şəhidlər Xiyabanında yerləşən "Əbədi Məşəl" abidəsinin videosunu yayımlayaraq "Həqiqət üçün dua edin" şərhini yazıb.

Onun həyat yoldaşı azərbaycanlı pianoçu Suada Hacızadə Kristoferin paylaşımına "Həqiqət və ədalət öz yerini tapacaq. Çox sağ ol" sözlərini əlavə edib.

Xatırladaq ki, sentyabrın 13-dən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribatlar törədilib. Təxribatlar zamanı 80 hərbçimiz şəhid olub. 

Milli.Az