Azərbaycan Ordusu mülki əhali ilə döyüşmür. Nəinki mülki əhali, Beynəlxalq Konvensiyanın tələblərinə uyğun olaraq, aman istəyən erməni əsgərə qarşı da humanizm nümayiş etdirir. Təbii ki, qarşı tərəfdən fərqli olaraq.
Hərbçimiz Ermənistanın Azərbaycan sərhədində törətdiyi təxribat zamanı təslim olan erməni əsgəri öldürməyib cəbhədə onun yarasını bağlayır, həyatını xilas edir. Daha sonra müalicə aldığı xəstəxanaya gələrək onunla söhbət edir.
Bu, Azərbaycan əsgəridir. Heç vaxt mülki əhaliyə silah doğrultmayan, hətta döyüşdüyü ordunun təslim olan əsgərinə qarşı müharibə qanunlarını çeynəməyən əsgər.
Hərbçimiz Azərbaycan sərhədlərində təxribat törədən Ermənistan tərəfi olsa belə, ağ bayraq qaldıran, aman istəyən erməni əsgəri öldürmür, ona ilkin yardım göstərir. Bununla bağlı sosial şəbəkədə görüntülər yayılıb. Daha sonra "caliber" nəşrinin yaydığı görüntüdə isə hərbçimiz xəstəxanaya gələrək erməni əsgərlə söhbət edir. Söhbət zamanı erməni hərbçinin adının Tigran olduğu məlum olur.
Qarabağ qazısı Rey Kərımoğlu deyib ki, Azərbaycan ordusu hər zaman beynəlxalq müharibə qanunları çərçivəsində döyüşüb. İstər Birinci, istərsə də İkinci Qarabağ müharibəsində mülki əhalini hədəf seçməyib.
Bunun əksinə olaraq Ermənistan ordusu isə mülki insanlarımızı hədəf alıb, əsir düşən hərbçilərimizə qarşı çox amasız rəftar edib.
Azərbaycan əsgəri öz haqq davasında belə müharibə qanunları və humanizm prinsipi çərçivəsində özünə yaraşan şəkildə döyüşüb, Emənistan əsgəri də özünə "yaraşan" kimi...
Ətraflı Xəzər TV-də:
Milli.Az