Bloomberg ABŞ və Çinin "tamamilə ayrılacağını" proqnozlaşdırıb

18 Sentyabr 2022 13:37

ABŞ lideri Co Bayden Çindən iqtisadi asılılığı azaltmaq üçün səyləri gücləndirir ki, bu da sonda Vaşinqton və Pekinin "tamamilə ayrılmasına" gətirib çıxaracaq.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

"İnvestorlar narahatdırlar ki, Pekinin Rusiya və Tayvana qarşı mövqeyi ilə bağlı artan gərginlik iqtisadi təcrid prosesini sürətləndirə bilər" - materialda göstərilib.

O da qeyd olunur ki, Vaşinqton Çin lideri Si Cinpinin Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı onun hər addımını diqqətlə izləyir.

Milli.Az