Qırğızıstan parlamentinin deputatları bazar günü də növbədənkənar iclasını davam etdirəcəklər və bu iclasda Tacikistanla sərhəddəki vəziyyəti müzakirə edəcəklər.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Qırğızıstanın ali qanunverici orqanının mətbuat xidməti məlumat yayıb.
"Bu gün, sentyabrın 18-də, saat 15:00-da (yerli vaxtla) Qırğızıstan Respublikası Joqorku Keneşinin (Ali Şurasının) bağlı qapılar arxasında keçiriləcək növbədənkənar iclası davam edəcək", - məlumatda deyilir.
Qeyd edək ki, Qırğızıstan parlamentinin sədri Talant Mamıtov sentyabrın 16-da Qırğızıstan-Tacikistan sərhədində vəziyyətin gərginləşməsi ilə əlaqədar növbədənkənar iclas elan edib. İclas bağlı qapılar arxasında keçirilib. Nnəticədə növbəti növbədənkənar iclasın çağırılması prosedurunun təkrarlanmaması üçün fasilə elan edilməsi qərara alınıb.
Milli.Az