50 ədəd batareya udan qadın əməliyyat edildi

18 Sentyabr 2022 12:52

İrlandiyanın paytaxtı Dublində yerləşən Sent Vinsent Universitetinin xəstəxanasına yerləşdirilən qadının 50 ədəd batareya udduğu məlum olub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, əvvəlcə həkimlər batareyaların təbii yolla mədə-bağırsaq traktından keçməsini gözləyib.

Lakin batareyaların böyük əksəriyyəti bağırsaqlardan keçə bilmədiyindən qadın əməliyyata qaldırılıb.

Uğurlu keçən əməliyyat nəticəsində qadının özünü yaxşı hiss etdiyi bildirilir.

Milli.Az