Fransada NATO əleyhinə etiraz aksiyası keçirilib

18 Sentyabr 2022 12:37

Fransanın paytaxtı Parisdə NATO və elektrik enerjisindən istifadəyə tətbiq edilən məhdudiyyətləqə qarşı etiraz aksiyası keçirilib.

Milli.Az APA-ya istinadla xəbər verir ki, aksiya iştirakçıları prezident Emmanuel Makronun istefasını tələb ediblər. onlar həmçinin media qurumlarını Münxen xartiyasına əməl etməyə səsləyiblər.

Aksiyanı təşkil edənlərin dediyinə görə, etirazlarda 5 yüzədək adam iştirak edib.

Milli.Az