İstanbulda sakinlər ölüm təhlükəsi ilə üz-üzə qalan qadın üçün səfərbər oldular - VİDEO

18 Sentyabr 2022 11:22

İstanbulun Baxçalıevlər rayonunda qadın yaşadığı mənzilin pəncərəsindən asılı vəziyyətdə qalıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, qonşular dərhal hərəkətə keçərək qadının asılı qaldığı pəncərənin altında mələfə açaraq onun həyatını qorumağa çalışıb.

Xoşbəxtlikdən vaxtında evin qapısını sındıraraq mənzilə daxil olan qonşulardan biri qadını eyvandan evinin içinə sala bilib.

Milli.Az