İcra başçısının müavini vəzifəsindən azad edilib - FOTO

18 Sentyabr 2022 10:53

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Həsənova vəzifəsindən azad edilib.

Milli.Az bildirir ki, o, öz ərizəsi ilə işdən azad edilib.

Hələlik onun yerinə təyinat olmayıb.

Qeyd edək ki, o, bu vəzifəyə 2019-cu ildə təyin edilmişdi.

Milli.Az