İran polisi etirazçılara atəş açdı - 15 YARALI VAR - FOTO

17 Sentyabr 2022 23:23

Tehranda əxlaq polisinin hicab bəhanəsi ilə qətlə yetirdiyi Məhsa Əmini adlı gənclə bağlı Saqqız şəhərində etiraz aksiyası keçirilib.

Milli.Az bizim.media-ya istinadən bildriir ki, İran polisi etirazçılara atəş açıb.

Nəticədə 15 nəfər yalanıb.

Ağır yaralananlardan birinin 22 yaşlı gənc Əmir Ebadi olduğu deyilir.

Hökumət dairələri etiraz dalğasının böyüməməsi üçün Saqqız şəhəri və ətraf yaşayış məntəqələrində mobil interneti kəsib.

Milli.Az