KİV: İspaniya Ukraynaya iriçaplı sursatlar göndərib

17 Sentyabr 2022 21:27

İspaniya Ukraynaya iriçaplı artilleriya sursatı göndərib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə TASS Ukrayna Silahlı Qüvvələrinin baş Qərargahına istinadla məlumat yayıb.

Bildirilir ki, İspaniya HHQ məxsus 5 yük təyyarəsi Kiyevə iriçaplı artilleriya sursatı çatdırıb. Paralel olaraq, İspaniyadan Ukraynaya tibbi vasitələr yüklənmiş 20 avtomobil yola salınıb.

Milli.Az