Pelosi onu qarşılamaq istəyən erməniləri pərt etdi

17 Sentyabr 2022 21:00

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfəri münasibətilə İrəvan küçələrində görüş təşkil edilib.

Milli.Az axar.az-a istinadən bildirir ki, Nensi Pelosini "dua" ilə qarşılamaq planlaşdırılıb.

Lakin bu görüş baş tutmayıb. Əlində sovqatla yolun kənarında onu gözləyən şəxslərin arzusu ürəyində qalıb. Çünki karvan dayanmadan oradan uzaqlaşıb.

Milli.Az