Atası restoran danışıb qayıdanda şəhid xəbərini aldı, nişanlısının ayaqları tutuldu - FOTO

17 Sentyabr 2022 18:24

Dünən axşam daha bir şəhidimizin olduğu da açıqlandı. Nəcəfov Hüseyn Abbasqulu oğlu...

Milli.Az xezerxeber.az-a istinadla xəbər verir ki, həmin şəhid nişanlı olub və bu yaxınlarda toyu olacaqmış. Kəlbəcərdə şəhid olan leytenant Nəcəfov Hüseynin oktyabrın 11-də toyu olacaqdı, amma olmadı.

O, nişanlı idi, hətta nikahı da olmuşdu. Atası toy üçün şadlıq sarayı danışıb qayıdanda oğlunun şəhid xəbərini eşidib. Nişanlısı isə bu xəbəri alanda ayaqları tutulub. O, bu gün doğulduğu Saray qəsəbəsində dəfn ediləcək. 

Milli.Az