Hərbçimiz həlak oldu

17 Sentyabr 2022 12:05

Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Omarov Eşqin Nəsib oğlu silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində vəfat edib.

Bu barədə Milli.Az-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat Xidmətindən bildirilib.

Faktla əlaqədar Kəlbəcər Hərbi prokurorluğunda araşdırma aparılır.

Milli.Az