Bakıda beynəlxalq təyyarə reyslərindən biri ləğv edildi

7 Aprel 2012 13:28
"Czech Airlines" aviaşirkətinin həyata keçirdiyi Praqa-Bakı-Praqa aviareysi ləğv edilib. Bu barədə Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanında məlumat veriblər. Aeroportdan resyin ləğvinin səbəblərini açıqlamayıblar. Təyyarə Praqadan Bakıya yerli vaxtla saat 04:05-də gəlməli, saat 04:55-də isə geri uçmalı idi.

Məlumata əsasən, növbəti reys həyata keçiriləcək. Təyyarə Bakıya yerli vaxtla saat 04:50-də gələcək, paytaxtdan isə saat 05:40-da uçacaq.

Milli.Az