Şəhid Cəmil Qurbanzadə son mənzilə yola salınıb

17 Sentyabr 2022 08:29

Bölgələrdə şəhidlərimizin dəfni ilə bağlı izdihamlı vida mərasimləri təşkil olunur.

Milli.Az Trend-ə istinadən bildirir ki, Ermənistan silahlı qüvvələrinin son təxribatlarını qəhrəmancasına dəf edərkən şəhid olan hərbi qulluqçularımızdan biri də Qurbanzadə Cəmil Anar oğludur.

Şəhidimizin nəşi doğulduğu Astara rayonuna gətirilib.

Astaralılar şəhid Cəmil Qurbanzadənin cənazəsini böyük izdihamla qarşılayıb, son mənzilə yola salıblar.

Milli.Az