"Bunu edənlər əməllərinə görə cavab verməlidirlər"

17 Sentyabr 2022 07:35

Fransa prezidenti Emmanuel Makron Ukraynanın Xarkov vilayətinin İzyum şəhərindəkı zorakılıq aktları törədənlərin məsuliyyətə cəlb edilməsini zəruri hesab edir.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə TASS məlumat yayıb.

"İzyumda törədilən zorakılığı qətiyyətlə pisləyirəm. Bunu edənlər əməllərinə görə cavab verməlidirlər. Ədalət olmadan sülh yoxdur", - deyə Makron bildirib.

Qeyd edək ki, bundan öncə BMT-nin (BMT) insan haqları üzrə monitorinq missiyası Xarkov vilayətinin İzyum şəhərinə səfər edəcək.

Milli.Az