İrəvanda hökumət rəsmilərinin evləri yaxınlığında polisə bomba atılıb

17 Sentyabr 2022 07:28

Naməlum şəxs Ermənistanın paytaxtı İrəvanda hökumət nümayəndələrinin baş evlərinin yaxınlığında növbətçi polis əməkdaşlarına tərəf bomba atıb.

Milli.Az bildirir ki, bu barədə "report" Ermənistan mətbuatına istinadə xəbər verir.

Qeyd edilir ki, hadisə Paronyan küçəsində baş verib. Hadisə yerində bir əldəqayırma bomba və partlamamış daha bir bomba tapılıb.

İlkin məlumata görə, hücum zamanı ölən və yaralanan olmayıb.

Araşdırma aparılır.

Milli.Az