Evin divarı uçdu: İnsanlar dağıntılar altında qaldılar - FOTO

17 Sentyabr 2022 16:32

Hindistanın Uttar-Pradeş ştatının paytaxtı Laxnau şəhərində gecə saatlarında yaşayış binasının divarının uçması nəticəsində azı doqquz nəfər ölüb, daha iki nəfər yaralanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, divarın uçmasına səbəb musson yağışlarının yaratdığı sel olub. Sutkadan artıqdır ki, bölgədə güclü yağış səngimir.

Yaralılar xəstəxanaya yerləşdiriliblər, onların həyati təhlükəsinin olmadığı bildirilir.

Milli.Az