Özçivitin heykəlini ələ saldılar

17 Sentyabr 2022 12:44

Türk aktyor Burak Özçivitin Özbəkistanda qoyulan bal mumu heykəli sosial şəbəkələrdə müzakirə yaradıb.

Milli.Az olay-a istinadən yazır ki, Özçivitin fotosunu paylaşdığı heykəli istifadəçilər ələ salıb. Onun aktyora bənzəmədiyini söyləyiblər.

Hətta Burakdan çox heykəli müğənni Cem Belevi, "Yeşilçam" ulduzu Kartal Tibetə də oxşadıblar.

Milli.Az