Fransada çox sayda uçuşlar ləğv edilib - FOTO

16 Sentyabr 2022 21:57

Fransada Hava Hərəkəti İdarəçiləri Milli Assosiasiyasının (SNCTA) çağırışı ilə aviadispetçerlər tətilə başlayıblar.

Milli.Az oxu.az-a istinadən bildirir ki, hava nəqliyyatı dispetçerləri yaxın illərdə təqaüdə çıxacaq işçilərin yerinə yeni kadrların cəlb edilməsi üçün sürətli addımların atılmasını və inflyasiyaya qarşı əmək haqlarının artırılmasını tələb edirlər.

Tətillə əlaqədar müxtəlif hava yolları şirkətləri Fransaya bir çox gediş-dönüş reyslərini ləğv edib.

Milli.Az