Cüdoçularımız Avropa çempionatında finala çıxdı

16 Sentyabr 2022 18:20

Sentyabrın 16-da Çexiyanın paytaxtı Praqa şəhərində keçirilən Avropa çempionatında 2 cüdoçumuz finalda mübarizə aparacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, yarışın ikinci günündə cüdoçumuz Vüsal Qələndərzadə (-73 kq.) İtaliya təmsilçisi Luiqi Sentrakçioya, Elcan Hacıyev (-81 kq) isə italiyalı idmançı Briqht Nosa Maddalonya qarşı qızıl medal uğrunda tatamiyə çıxacaq.

Yarışın final görüşləri Bakı vaxtı ilə saat 18:00-da keçiriləcək.

Milli.Az