Rusiya Ermənistana sanksiya tətbiq edə bilər

10 Aprel 2024 20:52

Rusiya Ermənistana və Mərkəzi Asiya ölkələrinə qarşı sanksiyalar tətbiq edə bilər.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Rusiya Federasiyası Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina deyib.

Onun fikrincə, Rusiya fövqəladə tədbirlər görə və "Mir" kartlarına xidmət göstərməyi dayandıran ölkələrə qarşı sanksiyalar tətbiq edə bilər.

Qeyd edək ki, bundan əvvəl Qazaxıstan, Ermənistan, Özbəkistan və Qırğızıstan bankları ABŞ-ın sanksiyaları səbəbindən Rusiya kartlarına xidmətin dayandırıldığını bəyan edib.

Milli.Az