İmmuniteti artırmaq üçün resept

22 Sentyabr 2022 07:41

Bu resept qış vaxtı xəstəlikləri müalicə etməyə kömək edir. Hazırlanmasına 10 dəqiqə vaxt lazımdır.
Bal 150 qr, balqabaq 200-300 qr, laym 1 dənə, limon 1 dənə, zəncəfil kökü 1 dənə, şəkər (qəhvəyi) 150 qr.
Limon və laymı qaynar su tökülür ki, acısı çıxsın. Balqabaq və zəncəfil xırda-xırda doğranır. Zəncəfilin kəskin dadını xoşlamırsınızsa ½ stəkan zəncəfil kökü bəs edər. Limon və laym qabıqlı doğranılır, tumlardan təmizlənilir. Bütün bunlar bir qaba yerləşdirilir, üzərinə bal və şəkər əlavə olunur, bütöv kütlə alınana qədər blenderdən keçirilir. Hazırdır! Bunu uzun müddət soyuducuda saxlamaq olar. Çayla içmək, desertdə pecenye, blinçiklərlə birlikdə qəbul etmək olar. Əminik ki, immunitet və soyuqlamaya qarşı bu "dərmanı" siz də sevəcəksiniz.

Milli.Az