Jurnalist aşıqdan polisə şikayət etdi
11 May 2010 18:38
Bu barədə Milli.Az-a məlumat verən jurnalist bildirib ki, aşıq Namiq ona zəng edərək təhqirlərə və hədələrə məruz qoyub.
Hər şey ATV kanalında yayımlanan "El içində" verilişindən başlayıb. Belə ki, o verilişdə qonaq qismində iştirak edən jurnalist, digər iştirakçı aşıq Namiqin davranışları və danışıq tərzindən narazı qalıb: ""El içində" verilişində aşıq Telli Borçalı ilə dilləşən aşıq Namiq ona gah "çaqqal" deyirdi, dah da "şalvar geyinən qadın aşıqlar əxlaqsızdırlar" deyirdi. Bu danışığına elə verilişdə də etizamı bildirdim. Ertəsi gün də qəzetdə məqalə yazdım və aşıq sənətini "məbəd" adlandıraraq, bu məbədi təhriq edənlərin bu sənəti təmsil etməsinə öz etirazımı bildirdim. 3 gün keçəndən sonra aşıq Namiq saat 14.00-dan 16.00-a qədər bir neçə dəfə mənə zəng edərək ünvanıma ən təhqiramis ifadələrlə söyüşlər yağdırdı və məni ölümlə hədələdi" - deyə jurnalist bildirib.
Tahirə Məmmədqızı bundan sonra Bakı Şəhər Baş Polis İdarəsinə gedib, həmçinin DİN-nin 102 saylı "qaynar xətt"inə müraciət edib. "Qaynar xətt"dən şikayətçiyə cavab gəlib ki, onun yaşadığı ərazi polis bölməsinə artıq məlumat verilib. Jurnalist yaşadığı ərazidə, Xətai rayon 35-ci polis bölməsinə gedərək şikayət ərizəsini yazıb. O, aşığın barəsində 3 iddia ilə çıxış edib - şərəf və ləyaqətinin təhqir edilməsi, ölümlə hədələnməsi və söz azadlığının məhddulaşdırılmasına, jurnalist fəaliyyətinə maneə törədilməsinə yönələn hərəkət barəsində. Şikayətçi aldığı psixoloji sarsıntıya görə də qarşı tərəfdən maddi təzminat tələb edəcək.
Jurnalist deyir ki, iş polis orqanlarına gedib çıxdıqdan sonra aşıq Namiqin yaxınları, qohumları ona zəng vuraraq üzrxahlıq edirlər. Amma qələm sahibi iddiasından geri çəkilməyəcəyini deyir: "İş məhkəməyə qədər gedib çıxsa, vəkilim Şəfiqə Nağıyeva olacaq. Çox güman ki məhkəmə olacaq. Efirdə, hamının gözü qarşısında diz çöküb məndən üzr istəsə, bəlkə onda bağışlamaq olar. Belədə isə iddiamı geri götürmək fikrim yoxdu".
Leyla
Milli.Az