Çində göydələndə güclü yanğın - VİDEO

16 Sentyabr 2022 20:04

Çinin Çanşa şəhərində "China Telecom" şirkətinin binasında güclü yanğın baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə yerinə 300 yanğınsöndürən və 40 texnika cəlb olunub.

Məlumata görə, alovlar 42 mərtəbəli binanın 10 mərtəbəsini tam əhatə edib. Hazırda xilasedicilər binadan insanları təxliyə etməyə çalışır.

Qeyd edək ki, binanın hündürlüyü 218 metrdir və 2000-ci ildə inşa olunub.

Milli.Az