Bakıda evdən 19 min manata yaxın oğurluq olub

16 Sentyabr 2022 12:07

Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə rayon ərazisindəki mənzillərin birindən 11.000 manat və 4600 ABŞ dollarının oğurlanması barədə müraciət daxil olub.

DİN-in mətbuat xidmətindən Milli.Az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Abşeron rayon sakini F.Mehdiyeva müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Milli.Az