Ərlə arvadın bacı-qardaş olduğu üzə çıxdı

16 Sentyabr 2022 12:40

Belçikada 6 illik ərlə arvadın verdikləri DNT testi dəhşətli faktı üzə çıxarıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, hər ikisi uşaq evində böyümüş cütlük qohum-əqrəbalarını tapmaq üçün DNT analizi verib. Nəticələr isə gözlənilməz olub.

Analiz onların doğma bacı-qardaş olduğunu sübut edib. Qadın hadisəni belə danışır: "Hər ikimiz yetim olduğumuz üçün valideynlərimizi tapmaq istəyirdik. Nəticə isə belə oldu. İkimiz də ayrı şəhərlərdə, ayrı ailələrdə böyümüşük."

Milli.Az