“Bağışla, “Nant”, bura Azərbaycandır!” - VİDEO

16 Sentyabr 2022 08:33

"Qarabağ"ın futbolçusu Kevin Medina "Nant"la oyundan (3:0) sonra maraqlı videosu ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, təcrübəli müdafiəçi sözügedən videoda Fransa klubuna ismarış göndərib.

Futbolçu videoda "Bağışla, "Nant", bura Azərbaycandır!" deməklə, qonaq komandalar üçün Bakıda qələbə qazanmağın çətin olduğuna işarə vurub.

Milli.Az