Ukrayna ordusu Rusiyaya məxsus 5 tankı məhv edib

16 Sentyabr 2022 08:59

Son sutka ərzində Ukrayna ordusu Rusiyaya məxsus 5 tankı məhv edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Cənub ordu komandanlığı məlumat yayıb.

Bildirilir ki, son sutkada 5 tank, 14 zirehli texnika və yaylım atəşli reaktiv sistem, 2 haubitsa və 2 minaatan məhv edilib, 71 Rusiya hərbçisi zərərsizləşdirilib.

Milli.Az