Qardaş qardaşı bıçaqlayıb

16 Sentyabr 2022 07:48

Kürdəmir rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az "report"a istinadən bildirir ki, hadisə rayonun Şahsevən kəndində qeydə alınıb.

Belə ki, aralarında yaranan ailə münaqişəsi zəminində 32 yaşlı Əhmədov Rəşad Hacıağa oğlu qardaşı tərəfindən bıçaq xəsarəti alıb.

Yaralı dərhal ətrafdakı insanların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və əməliyyata götürülüb.

Hadisəni törədən qardaş isə polis əməkdaşları tərəfindən saxlanılıb.

Fakt araşdırılır.

Milli.Az