Kərim Vəliyev Şoyqu ilə bölgədəki vəziyyəti müzakirə edib

16 Sentyabr 2022 00:57

Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərim Vəliyev arasında telefon danışığı baş tutub.

Bu barədə Milli.Az Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Tərəflər bölgədəki mövcud vəziyyətlə bağlı məsələləri müzakirə ediblər.

Milli.Az