Ukraynada meymunçiçəyinə ilk yoluxma aşkar edilib

15 Sentyabr 2022 23:39

Ukraynada meymunçiçəyinə ilk yoluxma faktı təsdiqlənib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, xəstəlik PZR testi sayəsində müəyyən edilib.

Pasient xəstəxanaya yerləşdirilib, vəziyyəti normaldır. O, anamnezində bildirib ki, ölkə xaricində olmayıb. Həkimlər onun Ukraynanın böyük şəhərlərindən birində yoluxduğu qənaətinə gəliblər.

Milli.Az