Şəxsiyyət vəsiqələri dəyişdirilə bilər
11 May 2010 18:46
Milli.Az xəbər portalının məlumatına görə, bunu ANS telekanalına açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Fəzail Ağamalı deyib. Milli Məclisin bugünkü iclasında "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" və "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında" qanunlarına dəyişiklik və əlavələr edilib. Fəzail Ağamalının sözlərinə görə, qanuna edilən düzəlişlər səxsiyyət vəsiqəsinin üstündə etibarlılıq müddətinin göstərilməsi ilə bağlıdır.
Millət vəkili bildirib ki, qanun təsdiqlənməsi üçün Azərbaycan Ruspublikasının Prezidentinə göndəriləcək. Dövlət başçsı imzaladıqdan sonra qanunlara edilmiş əlavə və dəyişikliklər qüvvəyə minəcək. Bununla da bütün respublika vətəndaşlarının hazırkı şəxsiyyət vəsiqələri etibarsız sayılacaq. Bu səbəbdən də şəxsiyyət vəsiqələri dəyişdiriləcək.
Millət vəkili onu da bildirib ki, qanuna edilən dəyişikliklərdən biri də vətəndaşlara elektron vəsiqənin verilməsidir.
Milli.Az