“Pakistan bu çətin zamanda Azərbaycanın yanındadır”

15 Sentyabr 2022 22:18

İslam Gənclər Təşkilatının Prezidenti Hammad Xan Kakar Ermənistanın hərbi təxribatını pisləyib və Pakistanın Azərbaycanın yanında olduğunu qeyd edib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, o, bununla bağlı sosial şəbəkədə yazıb:

"Ermənistanın Azərbaycana hücumunu qətiyyətlə pisləyirəm və Pakistan bu çətin zamanda Azərbaycanın yanındadır. Ermənistan terrorçu düşüncəsi ilə regionun sülhünü pozmağa çalışır. BMT Ermənistanın bu terrorist düşüncəsinə qarşı tədbir görməlidir".

Milli.Az