"Azərbaycanlı qardaşlarımızın yanında olacağıq" - Ərdoğan

15 Sentyabr 2022 21:48

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakının daşnak-bolşevik işğalından işğaldan azad olunmasının ildönümü münasibəti ilə Tvitterdə paylaşım edib.

Paylaşımda deyilir: "Dostumuz, qardaşımız, ayrılmaz parçamız olan Can Azərbaycanın paytaxtı Bakının işğaldan azad edilməsinin ildönümünü təbrik edirəm. Əvvəl olduğu kimi indi də haqlı mübarizəsində Azərbaycanlı qardaşlarımızın yanında olacağıq".

Milli.Az