Türkiyə Kubokunun oyununda əllə qol vuruldu - VİDEO

16 Sentyabr 2022 00:22

"Niğde Anadolu" və "Kahramanmaraşspor" komandaları arasında Türkiyə Kubokunun I tur oyununda əllə qol vurulub.

Milli.Az "report"a istinadən bildirir ki, 57-ci dəqiqədə meydan sahiblərinin futbolçusu Murat Kurt topu qapıdan keçirib.

20 yaşlı hücumçu əli ilə fərqlənsə də, baş hakim Ramazan Doğanay qolu qeydə alıb.

Qeyd edək ki, rəqibini 3:2 hesabı ilə məğlub edən "Niğde Anadolu" növbəti mərhələyə yüksəlib.

Milli.Az