Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu bəlli oldu

15 Sentyabr 2022 20:44

UEFA Çempionlar Liqasında qrup mərhələsinin II turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu açıqlanıb.

Milli.Az report-a istinadən bildirir ki, bu ada İngiltərənin "Mançester Siti" klubundan Kevin de Brüyne layiq görülüb.

31 yaşlı belçikalı yarımmüdafiəçi Almaniyanın "Borussiya" (Dortmund) komandasını 2:1 hesabı ilə məğlub etdikləri görüşdə məhsuldar ötürmə ilə yadda qalıb.

Milli.Az