Türkiyə Müdafiə Nazirliyi Ermənistanın təxribatlarına qarşı Azərbaycana dəstək VİDEOsu yayıb

15 Sentyabr 2022 12:26

Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycana dəstək videosu yayıb.

Milli.Az-ın məlumatına görə, paylaşımda bildirilir:

"Biz doğma qardaşıq, bir millət, iki dövlətik. Bakının düşmən işğalından azad olunmasının 104-cü ildönümünü qeyd etdiyimiz bu xüsusi gündə Ermənistanın təcavüzkar və təxribatçı hərəkətlərinə güclü şəkildə duruş gətirən Qəhrəman Azərbaycan Ordusunu və nəcib Azərbaycan türk qardaşlarımızı salamalayırıq!", - paylaşımda qeyd olunub.

Milli.Az