Krımdan çıxış bağlanır: qaçmaq mümkün deyil

15 Sentyabr 2022 11:42

Rusiyanın hakimiyyət orqanları Ukraynanın Krım yarımadasında hərbi xidmət keçməli olanları səfərbər etməyə başlayır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə ukraynalı hərbi ekspert Oleq Jdanov danışıb.

"İşğal olunmuş Krımdan xəbərlər: sentyabrın 19-dan Krımı tərk etmək yalnız hərbi komissarlığın yazılı icazəsi ilə mümkün olacaq. Rusiyanın Krımdakı işğalçı hakimiyyət orqanları əhalinin yarımada ərazisindən çıxışını nəzarətə götürüb. Yəni Krımı bağlayırlar, qaçmaq mümkün olmayacaq", - O.Jdanov vurğulayıb.

Milli.Az