158 mindən çox uşaq məktəbə başladı - FOTOREPORTAJ

15 Sentyabr 2022 09:54

Bu gün Azərbaycanda Bilik günüdür.

Milli.Az Trend-ə istinadən bildirir ki, 2022-2023-cü tədris ilində ümumtəhsil məktəblərinin birinci sinifinə gedəcək şagirdlərin sayı 158 297 nəfərdir. Doqquzuncu sinifdə 147 029, on birinci sinifdə isə 100 455 nəfər təhsil alacaq. Ümumilikdə, yeni tədris ilində 1 616 214 şagird oxuyacaq.

Ümumi təhsil müəssisələrində ilk dərs "Qarabağ Azərbaycandır!" mövzusuna həsr olunub.

Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqsaylı təxribat zamanı şəhid olanların xatirəsinə hörmət əlaməti olaraq 15 sentyabr - Bilik Günü təntənəli şəkildə qeyd edilmir.

Milli.Az