Nəsrin Cavadzadədən Azərbaycana dəstək MESAJI

15 Sentyabr 2022 11:09

Türkiyədə yaşayan məşhur azərbaycanlı aktrisa Nəsrin Cavadzadə Ermənistanın Azərbaycana qarşı sərhəddə törətdiyi təxribatlarla bağlı paylaşım edib.  

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, aktrisa bir neçə ay əvvəl Bakıda olduğu zaman Heydər Əliyev Mərkəzinin qarşısında çəkdirdiyi fotosunu sosial şəbəkə hesabında paylaşaraq, Azərbaycana dəstək mesajını yazıb.  

"Qəlbim Azərbaycanda, Azərbaycanla", - deyə N.Cavadzadə bildirib.  

Milli.Az