"Neftçi”dən Gürcüstana

15 Sentyabr 2022 21:03

"Neftçi"nin müdafiəçisi Solomon Kvirkveliya Gürcüstan milli komandasına dəvət olunub.

30 yaşlı futbolçu UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 23-də evdə Şimali Makedoniya, 26-da isə səfərdə Cəbəllütariq ilə matçlara çağırılıb.

Qeyd edək ki, Kvirkveliya Gürcüstan milli komandasının heyətində 45 oyun keçirib.

Milli.Az