Bakıda avtomobil yeniyetməni vurub

15 Sentyabr 2022 08:47

Bakıda 14 yaşlı yeniyetmə oğlan yol-nəqliyyat hadisəsində xəsarət alıb.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Nizami rayonunda qeydə alınıb. "Qara Qarayev" metrostansiyasının yaxınlığında 2008-ci il təvəllüdlü Əlizadə Əli Məmmədəli oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az