BMT Baş katibi ərzaq qıtlığı ilə bağlı xəbərdarlıq edib

15 Sentyabr 2022 08:42

Dünya birliyi Rusiya gübrələrinin bazarlara çıxışı problemini həll etməlidir, əks halda gələn il dünya ərzaq qıtlığı ilə üzləşəcək.

Milli.Az "Report"a istinadən bildirir ki, bunu BMT-nin Baş katibi Antoniu Quterreş BMT Baş Assambleyasının 77-ci sessiyasının başlanması ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

"Gübrə bazarlarını normallaşdırmasaq, 2023-cü ildə qida sektorunda problemlərlə üzləşəcəyik", - Quterreş vurğulayıb.

Baş katib əlavə edib ki, BMT ərzaq və gübrə ixracı qarşısındakı maneələri aradan qaldırmağa tam sadiqdir.

Milli.Az