NATO-nun Rumıniyanın şərqində təlimləri başlayıb

15 Sentyabr 2022 08:22

NATO-nun Rumıniyanın şərqində təlimləri başlayıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Rumıniyanın Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimlərə Niderland, Polşa, Portuqaliya, ABŞ və Fransadan olan 700-ə yaxın əsgər iştirak edir.

Məqsəd müttəfiq ölkələr arasında qarşılıqlı əlaqə və qarşılıqlı etimadın artırılmasıdır.

Səksəndən çox hərbi texnikanın cəlb olunduğu manevrlər sentyabrın 23-dək davam edəcək.

Milli.Az