ABŞ-dakı ermənilər Paşinyanın istefası tələbi ilə aksiya keçirib

15 Sentyabr 2022 08:10

Erməni diasporunun bir qrup nümayəndəsi Ermənistanın ABŞ-dakı səfirliyinin binası qarşısında Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyası keçirib.

Milli.Az "Report"a istinadən bildirir ki, aksiyaçılar Paşinyanın Ermənistan parlamentində hökumətin iclası zamanı səsləndirdiyi bəyanatlardan hiddətlənib. Etirazçılar hazırda İrəvanın mərkəzində, Baqramyan prospektində keçirilən çoxminlik aksiyanın iştirakçılarına dəstək ifadə ediblər.

Milli.Az