Bakıda gənc üçüncü mərtəbədən yıxılaraq komaya düşüb - FOTO

15 Sentyabr 2022 08:43

Bakının Nəsimi rayonunda ehtiyyatsızlıqdan bir nəfər ağır xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə 28 May küçəsində qeydə alınıb.

Belə ki, beşmərtəbəli binanın üçüncü mərtəbəsində yaşayan 1997-ci il təvvəllüdlü Quliyev Rüfət Vidadi oğlu yataq otağının pəncərindən yıxılıb.

O zərbə nəticəsində baş və bədənin müxtəlif nahiyyələrindən ağır xəsarət alıb.

Yaralı komatoz vəziyyətində Kliniki Tibbi Mərkəzə Yerləşdirilib.

Hadisənin dəqiq baş vermə səbəbləri araşdırılır.

Milli.Az