Bakıda yanğın baş verib

15 Sentyabr 2022 07:55

Bakı şəhərinin Nərimanov rayonunda dördmərtəbəli inzibati binanın zirzəmisində yerləşən ümumi sahəsi 24 m² olan elektrik otağında 60 ədəd akkumulyator, 2 ədəd kondisioner və 10 p.m elektrik kabeli yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, bina, yaxınlıqdakı avtomobillər və generator yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az