Stanislav Zas İrəvana gedir

14 Sentyabr 2022 23:43

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Stanislav Zas gələn həftə Ermənistana getməyi planlaşdırır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov məlumat verib.

Onun sözlərinə görə, KTMT Birləşmiş Qərargahının rəhbəri general-polkovnik Anatoli Sidorovun rəhbərlik etdiyi missiya sentyabrın 15-də Ermənistana uçacaq. Gələn həftə isə Stanislav Zas da İrəvana səfər edəcək.

Milli.Az